İnyesta milli komanda ilə vidalaşdı
İspaniya millisinin yarımmüdafoəçisi Andres İnyesta milli komanda ilə vidalaşıb.
Sportline.az xəbər verir ki, 34 yaşlı futbolçu DÇ-2018-in 1/8 finalında, Rusiyaya məğlubiyyətdən sonra bu qərarını açıqlayıb: “Düşünürəm ki, karyeramın ən acı günüdür. Bəzən sonluq xəyal etdiyin kimi olmur. İspaniya millisi yenidən uğura yol tapmalıdır. Göründüyündən daha çətin olsa da, komandamız bunu bacarar".
Qeyd edək ki, 2006-cı ildən İspaniya seçmə komandasında oynayan İnyesta 136 oyuna 13 qol vurub. O, milli ilə dünya (2010) və Avropa (2008, 2012) çempionu adına layiq görülüb.