Asiya Kuboku: İraq və Yaponiya 1/8 finalda
Asiya kubokunda növbəti mərhələyə yükləsən daha 2 komandanın adına aydınlıq gəlib.
Sportline.az xəbər verir ki ,D qrupunda qərarlaşan İraq və Yaponiya milliləri adlarını 1/8 finala yazdırıblar.
Son görüşdə Vyetnamı 3-2 hesabı ilə məğlub edən İraq qrup birincisi,İndoneziyanı 3-1 hesabı ilə məğlub edən Yaponiya millisi qrup ikicisi kimi növbəti mərhələyə vəsiqə qazanıb.
Qeyd edək ki, komandaların rəqibləri qrup mərhələsi tam başa çatdıqdan sonra bilinəcək.