İskonun son durumu açıqlandı

"Betis"in futbolçusu İsko cərrahiyyə əməliyatı keçirib.

Sportline.az xəbər verir ki, ötən mövsümün 36-cı turunda "Las-Palmas"la oyunda (2-2) sol ayağından ciddi zədələnən futbolçu buna məcbur olub.

Klubun rəsmi səhifəsində yayılan məlumata görə, bir müddət bərpa prosesi keçməli İskonun yenidən yaşıl meydana qayıtmasında problem olmayacaq.

Qeyd edək ki, 32 yaşlı futbolçu ötən mövsüm keçirdiyi 36 oyunda 9 qol, 6 asistlə yadda qalıb.