İslamiadaya yollanacaq karate millisinin heyəti

Karate üzrə Azərbaycan milli komandasının Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi Oyunları üçün heyəti açıqlanıb.

Federasiyanın mətbuat xidmətindən Sportline.az saytına verilən məlumata görə, seçmə komandaların baş məşqçiləri Qurban Tağıyev (kişilər), Denis Morozov (qadınlar) və Vahid Ayvazov (kata), eləcə də böyük məşqçilər Şahin Xudaverdiyev və Rəşad Hüseynov mötəbər yarışa 12 idmançı və 1 komanda heyətini aparacaq.

Kumite yarışlarında Əminağa Quliyev (60 kq), Tural Ağalarzadə (67 kq), Fərid Ağayev (75 kq), Pənah Abdullayev (84 kq), Asiman Qurbanlı (+84 kq), o cümlədən İnci Əzizova (50 kq), Mədinə Sadiqova (55 kq), Ayla Rzazadə (61 kq), İrina Zaretskaya (68 kq) və Fəridə Əliyeva (+68 kq) mübarizə aparacaq.

Fərdi kata yarışlarına Roman Heydərov və Zəhra Qurbanzadə, komanda kata çıxışlarına isə İsmayıl Quliyev, Tural Balcanlı və Rövşən Əliyevdən ibarət heyət qatılacaq. Beynəlxalq hakimlər Cahangir Babayev və Vüqar Kərimov karate yarışlarının hakimləri arasında olacaq.

Qeyd edək ki, V İslam Həmrəylik Oyunlarının karate yarışları 17 - 18 avqustda keçiriləcək.