İsmayıl Qartal transferi təsdiqlədi
"Fənərbağça"nın baş məşqçisi İsmayıl Qartal "Çelsi"dən 24 yaşlı futbolçu Trevo Çalobanı istəyib.
Sportline.az Fotomaç.com.tr-yə istinadla xəbər verir ki, "zadəganlar" istənilən təklif olunacağı halda transferə razılıq verəcəklərini bildiriblər.
Trevo Çaloba "Fənərbağça"dan gələn təklifə müsbət cavab verib və İstanbul nəhəngində oynamaq istədiyini bildirib.
Qeyd edək ki, Trevo Çaloba 2021-ci ildən "Çelsi"nin şərəfini qoruyur.