İspaniya komandasında baş məşqçi dəyişikliyi

La Liqa təmsilçisi "Leqanes" baş məşqçisi Maurisio Pelleqrinonu istefaya göndərib.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, mütəxəssislə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib. Buna komandanın ölkə çempionatında uğursuz çıxışı səbəb olub. "Leqanes"i müvəqqəti olaraq Luis Sembranosun çalışdıracağı bildirilib.

Qeyd edək ki, "Leqanes" 9 turdan sonra 2 xalla 20-ci pillədə qərarlaşıb.