İspaniya millisi baş məşqçisi ilə müqaviləni uzadıb
İspaniya millisi De La Fuente ilə yeni müqavilə imzalayıb.
Sportline.az Relevo-ya istinadən xəbər verir ki, tərəflər arasındakı müqavilə 2026-cı ildəki Dünya Çempionatının sonuna kimi imzalanıb.Beləliklə ispanlar yayda keçirilləcək Avro 2024-də də 62 yaşlı mütəxəssisin rəhbərliyi altında çıxış edəcəklər.
De La Fuente , komanda 2022-ci ildə Qətərdə keçirilən DÇ-nı tərk etdikdən dərhal sonra “furiya roxa”ya rəhbərlik etməyə başlayıb.(8 dekabr 2022).2023-cü ilin iyun ayında onun komandası Millətlər Liqasının finalında Xorvatiyanı məğlub edərək turnirin qalibi olub.
Xatırladaq ki ,İspaniya millisi Avro 2024-ün B qrupunda İtaliya,Xorvatiya və Albaniya seçmələri ilə birgə pley-offa yüksəlmək üçün mübarizə aparacaq.Son Avropa Çempionatında ispanlar yarımfinal mərhələsində İtaliyaya uduzaraq turnirlə vidalaşmışdılar.