İspaniya millisi məşhur futbolçuya tapşırıla bilər

İspaniya millisinin sükanı Xaviyə həvalə oluna bilər.

Sportline.az xəbər verir ki, bu haqda İspaniyanın məşhur AS qəzeti məlumat yayıb. Hazırda Qətərin "Əl-Sədd" klubunun şərəfini qoruyan 38 yaşlı futbolçu, sözügedən posta namizədlərin siyahısındadır. 

Qeyd edək ki, "Barselona"nın sabiq yarımmüdafiəçisi ilə yanaşı, Belçika millisinin çalışdırıcısı Roberto Martines, həmçinin, Kike Sançes Flores və Luis Enrikenin adı da İspaniya komandası ilə yanaşı hallanır.