İsrail komandası oteldən çıxa bilmir

Hayfa "Makkabi"sinin futbolçuları və personalı Kiprdə oteldən kənara çıxa bilmir.

Sportline.az One nəşrinə istinadla xəbər verir ki, bu, təhlükəsizlik məqsədi daşıyır.

Komanda Larnakadakı oteldə yerli və İsrail təhlükəsizlik qüvvələrinin ciddi nəzarəti altındadır.

Qeyd edək ki, İsrail - Fələstin münaqişəsi ilə əlaqədar UEFA Avropa Liqasının "Makkabi" - "Vilyareal" görüşü Kiprdə təşkil olanacaq.

Görüş sabah 21:45-də başlanacaq.