İstanbul nəhəngi legionerlə bağlı qərar verdi
"Qalatasaray" aparıcı oyunçularından biri olan Saşa Boeylə bağlı qərar qəbul edib.
Sportline.az fanatik.com.tr-yə istinadla xəbər verir ki, istanbullular fransalı futbolçu ilə müqavilənin müddətini uzadacaqlar.
23 yaşlı futbolçu ilə 2025-ci ilədək nəzərdə tutulan anlaşmanın daha bir neçə ilə uzadılması qərara alınıb.
Həmçinin, ilinə 500 min avro qazanan Boeyin məvacibinin də 3 qat artırılması gözlənilir.