İstanbul nəhəngində ayrılıq

“Qalatasaray” Frederik Midşö ilə yolları ayırıb.

Sportline.az Fotomaç.com.tr-yə istinadla xəbər verir ki, norveçli yarımmüdafiəçi “Pendikspor”un şərəfini qoruyacaq.

İstanbul nəhəngi futbolçunun transferindən 3 milyon avro qazanıb.

Qeyd edək ki, Frederik Midşö ötən mövsüm “Qalatasaray” formasıyla çıxdığı oyunda 2 qol, 1 asist ilə yadda qalıb.