İstanbulda azarkeş qarşıdurması: Yaralılar var

“Qalatasaray” - “Bavariya” matçını izləməyə gələn almaniyalı azarkeşlər İstanbulda aranı qarışdırıblar.

Sportline.az Fotomaç.com.tr-yə istinadla xəbər verir ki, almanlar İstiklal küçəsində rəqib komandanın fanatlarına hücum çəkiblər.

Spirtli içki qəbul edən “Bavariya” fanatları “Qalatasaray” tərəfdarlarına şüşə və stullar atıblar.

Qarşıdurma nəticəsində 4-ü almaniyalı olmaqla 5 nəfər yüngül xəsarətlər alıb.

Qeyd edək ki, gecə saatlarında yaşanan qarşıdurma polisin müdaxiləsindən sonra yatırılıb.