İtaliya 26 nəfərlik heyətini UEFA-ya təqdim edib

İtaliyanın Avropa Çempionatına aparacağı yekun heyət bəlli olub.

Sportline.az millinin rəsmi saytına istinadla xəbər verir ki, ilkin olaraq 30 nəfərdən ibarət olan heyət 26 nəfərə endirilərək UEFA-ya təqdim olunub.

Qapıçılar: Donnarumma, Meret, Vikario

Müdafiəçilər: Bastoni, Bellanova, Bongorno, Kalafiori, Kambiaso, Darmian, Di Lorenzo, Di Marko, Qatti, Mançini

Yarımmüdafiəçilər: Barella, Kristante, Fagioli, Folorunşo, Frattesi, Jorginho, Pelleqrini

Hücumçular: Kyeza, El Sharavi, Raspadori, Reteqi, Skamakka, Cakkani.

Qeyd edək ki, Nikolo Zaniolo, Rikardo Orsolini, Samuele Riççi və Fransisko Açerbi Spalettinin 26 nəfərlik siyahısında yer almayıb.