İtaliya A seriyasının taleyi həll olunur
İtaliya A Seriyasının bərpa olunacağı gözlənilir.
Sportline.az xəbər verir ki, A Seriyası rəhbərliyinin, mayın 13-də təşkil olunacaq toplantısında klubların nümayəndələri də qatılacaq.
İclasda 2019/2020 mövsümünün bərpası və televiziya hüquqlarının yayımçılara verilməsinin detalları müzakirə olunacaq. Sonuncu toplantıda mövsümün tamamlanması və klubların mayın 18-dən məşqlərə başlaması qərara alınıb.
Qeyd edək ki, A Seriyasının oyunları martın 11-də qeyri-müəyyən müddətək təxirə salınıb.