İtaliya çempionatının başlama tarixi bəlli oldu

İtaliya A Seriyasının bərpa tarixi müəyyənləşib.

Sportline.az liqanın rəsmi saytına istinadən xəbər verir ki, A Seriyasının rəhbərliyi ilə klublar arasında bugünkü videokonfransda bununla bağlı qərar verilib. Ölkə çempionatın iyunun 13-də bərpa olunacağı bildirilib.

Qeyd edək ki, İtaliyada klubların mayın 18-dən komanda şəklində məşqlərə başlamasına icazə verilib.

Banner