İtaliya - İspaniya duelinin ən yaxşısı
Avro-2020-nin yarımfinalının İtaliya - İspaniya görüşünün (1:1, penaltilər seriyası - 4:2) ən yaxşı oyunçusunun adı açıqlanıb.
Sportline.az UEFA-nın saytına istinadən xəbər verir ki, bu, İtaliya millisinin üzvü Federiko Kyezadır.
Start heyətdə meydana daxil olan 23 yaşlı hücumçu 60-cı dəqiqədə matçda hesabı açıb.
O, eyni zamanda penaltilər seriyasında da zərbəni dəqiq yerinə yetirib.