İtaliya klublarına dəyən zərər

İtaliyada A seriyası başa vurulmasa, klublar ciddi maliyyə itkisinə məruz qalacaqlar.

Sportline.az xəbər verir ki, “La Repubblica”nın hesablamasına əsasən, daxili və xarici teleyayıma görə klublar ümumən 430 milyon avro itirəcəklər. Bilet və atributların satışının dayanmasını da buna əlavə etsək, ümumi rəqəm 700 milyon avroya çatacaq. Əgər mövsüm başa çatmasa, klubların kömək üçün hökumətə müraciət edəcəyi bildirilib.

A seriyası rəsmi olaraq aprelə kimi dayandırılıb. Qeyri-rəsmi xəbərə görə, çempionat mayın 2-dən bərpa olunacaq. Amma koronavirus səbəbindən yarışın yarımçıq dayandırılması ehtimalı da var.