İtaliya klubu məşqçi ilə yolları ayırıb

“Sassuolo” Alessio Dionizi ilə yollarını ayırıb.

Sportline.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki ,məşqçi fəzifəsini əvvəllər gənc komandada da çalışmış Emiliano Bidjik icra edəcək.
Dionizi 2021-ci ildən “Sassuolo’ya rəhbərlik edirdi.

Cari mövsüm “Sassuolo”  İtaliya A Seriyasında 25 oyunda topladığı 20 xalla 17-ci sırada qərarlaşıb.

Qeyd edək ki, komanda düşmə zonasına yaxındır,autsayderlər mövqeyində (18-ci pillə) yer alan “Verona’ ilə eyni xala sahibdir.