İtaliya klubu məşqləri bərpa edir
İtaliyanın “Kalyari” klubu məşqlərini bərpa etməyə hazırlaşır.
Sportline.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Xəbərdə, komandanın martın 23-də məşqlərə başlayacağı bildirilir.
Qeyd edək ki, İtaliyada koronavirus pandemiyası səbəbindən A Seriyası təxirə salınıb.
Virusun Avropada ən geniş yayıldığı ölkədə koronavirusdan ölənlərin sayı 3978 nəfərdir