İtaliya klubunda baş məşqçi istefası

"Sampdoriya" baş məşqçisi Eusebio Di Françesko ilə yolları ayırıb.

Sportline.az xəbər verir ki, 50 yaşlı mütəxəssis və onun köməkçiləri ilə müqavilə ləğv olunub. Buna komandanın A seriyasında uğursuz çıxışı səbəb olub.

Qeyd edək ki, "Sampdoriya" ölkə çempionatında 3 xalla sonuncu - 20-ci pillədə qərarlaşıb.