İtaliya klubunda yeni baş məşqçi

İtaliyanın “Cenoa” klubu yeni baş məşqçisini açıqlayıb.

Sportline.az xəbər verir ki, A Seriya təmsilçisini keçmiş futbolçusu Tiaqo Motta çalışdıracaq. 37 yaşlı mütəxəssis bu vəzifədə Andrea Andreazolini əvəz edib.

İtaliya millisinin sabiq yarımmüdafiəçisi PSJ-nin U-19 komandasını çalışdırıb.

Motta futbolçu karyerası ərzində "Barselona", "Atletiko", "Cenoa", "İnter" və PSJ-də çıxış edib. O, 2018-ci ildə karyerasını bitirmişdi.