İtaliya klubunun yeni forması böyük marağa səbəb olub

İtaliyanın “İnter” klubu yeni formasını təqdim edib.

Sportline.az Sovsport.ru-ya istinadla xəbər verir ki, “İnter”in yeni cizgi serialı “Nindza Tısbağalar”a həsr olunmuş yeni formalarını sponsoru olan “Paramount+”un striminq xidməti nümayiş etdirib.

BU gün təqdim olunan “İnter” formalarında striminq xidmətinin emblemini məhşur cizgi film qəhrəmanlarının təsviri əvəz edib.

Qeyd edək ki,”nerazzuri” yeni formalarla ilk matçını martın 4-də “Cenoa”ya qarşı keçirəcək.