İtaliya millisinə final mərhələsinə vəsiqə qazandıran oyun

AÇ-2020-nin seçmə mərhələsində VII tur davam edir.

Sportline.az xəbər verir ki, J qrupunda qərarlaşan İtaliya millisi "Stadio Olimpico"da Yunanıstanı qəbul edib. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

İtaliya qələbə sayəsində Avropa çempionatının final mərhələsinə yüksəlib. Daha öncə bunu Belçika reallaşdırmışdı.

İtaliya - Yunanıstan - 2:0
Qollar
: Jorjinyo, 63 (pen.), Federiko Bernardeski, 78