İtaliya Super kubokunun qalibi müəyyənləşdi
İtaliya Super kubokunun sahibi bəlli olub. SportLine.az xəbər verir ki, Dohada keçirilən həlledici görüşdə son mövsümün qalibi "Yuventus" İtaliya kubokunun finalçısı "Milan"la üz-üzə gəlib.
Gözlənildiyi kimi, gərgin keçən görüşün əsas vaxtında qalib müəyyənləşməyib - 1:1. Əlavə vaxtda da vəziyyət dəyişmədiyində penaltilər seriyasına ehtiyac duyulub. Futbol lotoreyasında isə "Milan" sevinib.
23 dekabr 2016
İtaliya Super kuboku
"Yuventus" - "Milan" - 1:1
QOLLAR: Kiellini, 18 (1:0); Bonaventura, 38 (1:1)
PENALTİLƏR: 3:4