İtaliyada daha bir istefa sədası

İtaliyanın “Breşiya” klubu baş məşqçi Eucenio Korini ilə vidalaşıb.

Sportline.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

49 yaşlı mütəxəssisin müqaviləsinə xitam verilib.

Qeyd edək ki, “Breşiya” A Seriyasında 10 turdan sonra 7 xalla 18-ci sırada qərarlaşıb.