İtaliyadan Braziliyaya

Braziliyanın "Flamenqo" klubu 2019-cu ilin yanvarında "İnter"dən icarəyə götürdüyü Qabriel Barbozanın transfer hüququna yiyələnib.

Sportline.az xəbər verir ki, Rio-de-Janeyro təmsilçisi "Qabiqol" ləqəbli futbolçunu 17 milyon avroya birdəfəlik transfer edib.23 yaşlı hücumçu ilə 4 illik müqavilə imzalanıb.

"İnter" braziliyalı hücumçunu 2016-cı ildə "Santos"dan 29,5 milyon avroya transfer etmişdi. Barboza ötən il 41 oyuna 34 qol vurub, 11 assist etmişdi.