İtaliyalı futbolçu yenidən Türkiyə Super liqasında çıxış edə bilər.

25 yaşlı italiyalı hücumçu Nikolo Zaniolo “Qalatasaraya” geri dönür.

Sportline.az Fotomaç.com.tr-yə istinadla xəbər verir ki, “sarı-qırmızlar” braziliyalı futbolçu Tetenin performansından məmun qalmadığı üçün komandadan göndərmək qərarına gəliblər.

“Aston Villa”da icarə əsasında çıxış edən Nikolo Zaniolo isə qış transfer pəncərəsində Türkiyə nəhənginə yenidən qatıla bilər.

Qeyd edək ki, Nikolo Zaniolo “Aston Villa” forması ilə cəmi  17 oyunda meydana çıxıb.