İtaliyanın daha bir klubu məşqlərə başladı

İtaliyanın “Latsio” klubu məşqləri bərpa edib.

Sportline.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Xəbərdə, komandanın bazada məşqləri bərpa etdiyi bildirilib.

Qeyd edək ki, bundan əvvəl “Yuventus”, “İnter”, “Milan”, “Roma” və digər A Seriyası klubları da məşqə başlayıb.