İtaliyanın ən yaxşı baş məşqçisi müəyyənləşdi

İtaliyada ötən ilin ən yaxşı məşqçisi açıqlanıb.
Sportline.az xəbər verir ki, ənənəvi sorğuda Can Pyero Qasperini qalib gəlib.
 
“Atalanta”nın çalışdırıcısına 2018/19 mövsümünün ən yaxşı baş məşqçi kimi “qızıl skamya” mükafatı təqdim olunub.
 
2016-cı ildən “Atalanta”nı çalışdıran 62 yaşlı italiyalı mütəxəssis karyerası ərzində ilk dəfə ilin ən yaxşısı elan olunur. O, daha öncə “Cenoa”, “Palermo”, “İnter” və “Krotone” klublarını da çalışdırıb. Qasperini ötən mövsüm “Atalanta”nı tarixində ilk dəfə A Seriyasının 3-cüsü edib, həmçinin bu komandanı UEFA Çempionlar Liqasının qrup mərhələsinə daşıyıb.