İvan Toni mövsüm sonunda komandadan ayrılacaq
"Brentford" klubunun təcrübəli futbolçusu İvan Toni mövsüm sonunda komandadan ayrılacaq.
Sportline.az Skysports.com-a istinadla xəbər verir ki, İngiltərə klubunun prezidenti Tomas Frank 27 yaşlı hücumçunun mövsüm sonunda cəzası bitdikdən sonra komandadan ayrılacağını bildirib.
Buna səbəb isə İvan Toninin qanunsuz mərc saytlarından istifadə etməsi və 8 ay futboldan kənarlaşdırılması olub.
Qeyd edək ki, İngiltərə Futbol Federassiyası İvan Tonini qaydaları pozduğu üçün 8 ay müddətinə yaşıl meydanlardan uzaq qalması cəzası vermişdi.