"Jirona"nın baş məşqçisi: Yamal Messinin səviyyəsinə çata bilər

"Jirona"nın baş məşqçisi Miçel "Barselona"ya qarşı alının 1-4 hesablı məğlubiyyətdən sonra kataloniyalıların gənc ulduzu Lamin Yamal haqqında danışıb.

Sportline.az Marca.com-a istinadla xəbər verir ki, Miçel 17 yaşlı hücumçu ilə bağlı bu fikirləri səsləndirib.

"Lamin meydanda fərq yaradan oyunçudur. O, 17 yaşında mənim üçün artıq dünyanın ən yaxşı oyunçularından biridir.

Messidən sonra yenə belə bir oyunçunun olacağını təsəvvür etmək çətindir, amma ümid edirəm ki, Lamin inkişaf etməyə davam edəcək, çünki o, bu səviyyəyə çatmağa qadir bir oyunçudur" deyə ispan çalışdırıcı bildirib.

Qeyd edək ki, Yamal 4-1 qələbə qazandıqları görüşdə komandasının ilk iki qolunun müəllifi olub.O, bu mövsüm ümumillikdə məhsuldarlıq göstəricisini 3 qol və 4 asistə çatdırıb.