Jiru karyerasını ölkəsində davam etdirə bilər
"Los Anceles"in fransalı futbolçusu Olivye Jiru karyerasını ölkəsində davam etdirə bilər.
Sportline.az jurnalist Santi Aounanın məlumatına istinadən xəbər verir ki, Jiru "Lill" klubunda təklif alıb.
39 yaşlı hücumçu Avropa futboluna qayıtmaq istədiyini açıqlayıb. Bu səbəbdən bu təklifə müsbət cavab verib.
Qeyd edək ki, Jiru bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 18 matçda 3 qol 2 asistlə yadda qalıb.