“Çonbuk” cavab oyununa üstün yollanacaq
Cənubi Koreyanın “Çonbuk” komandası Asiya Çempionlar Liqasında ikinci oyun üçün sərfəli nəticə qazanıb.
Sportline.az xəbər verir ki, 1/8 final mərhələsinin ilk matçında doğma meydanda “Pohanq” (Cənubi Koreya) ilə qarşılaşan “Çonbuk” rəqibini 2-0 hesabı ilə məğlub edib.
Meydan sahiblərinə qələbə qazandıran qolları 17-ci dəqiqədə Hernandez və 64-cü dəqiqədə Hyun-Beom vurub.
Cavab görüşü fevralın 20-də Pohanqda keçiriləcək.