Jose Mourinyo AVRO 2024-ün favoritlərini açıqlayıb

"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo qarşıdan gələn Avropa Çempionatının favoritləri haqda fikirlərini bölüşüb.

Sportline.az xəbər verir ki, Portuqaliyalı mütəxəssis The Independent-ə verdiyi müsahibədə bu fikirləri səsləndirib.

“Mən Portuqaliya millisinin əvvəlki nəsillərinə hörmətsizlik etmək istəmirəm, lakin heyətin dərinliyi və keyfiyyəti baxımından, yəqin ki, hazırda tarixin ən yaxşı komandasına sahibik. Portuqaliya turniri qazana bilər.

Fransa və Almaniya həmişə yaxşı oynayır, Portuqaliya və İngiltərə həmişəkindən daha yaxşı heyətə malikdir. Bu dörd komanda favoritdir. İspaniyadan əmin deyiləm, amma onların futbolu və oyunçuları yüksək səviyyədədir. İtaliya və ya Belçikanın qələbəsi mənim üçün sürpriz olacaq” deyə Mourinyo bildirib.

Qeyd edək ki, 2024-cü il Avropa Çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.