Jose Mourinyo rəsmi müqavilə üçün İstanbula gəlib
"Fənərbağça" klubu ilə 2 illik razılıq əldə edən portuqaliyalı mütəxəssis Jose Mourinyo bu gün İstanbula gəlib.
Sportline.az xəbər verir ki, Bakı vaxtı ilə 20:00-da 61 yaşlı çalışdırıcının "Şükrü Saracoğlu Stadionu"nda təqdimat mərasimi keçiriləcək.
"Fənərbağça" Jose Mourinyonun çalışdırdığı 11-ci fərqli klub olacaq.
Qeyd edək ki, "Sarı-lacivərtlilər" ötən mövsüm İsmail Kartalın rəhbərliyi altında Super Liqanı 99 xalla 2-ci pillədə tamamlayıb.