Joze Mourinyo Messini müdafiə edib
Portuqaliyalı mütəxəssis Lionel Messini müdafiə edib.
Sportline.az Goal.com-a istinadla xəbər verir ki, Joze Mourinyo 2010-cu ildə Lionel Messinin "Qızıl Top" mükafatanı qazanmasının ardından Uesli Snayderin günahlandırmalarına cavab verib.
O, bildirib ki, :"Lionel Messi tarixin gördüyü ən yaxşı futbolçulardandır. Müqayisə oluna biləcək biri deyil. Ronaldu və Messi canlı əfsanələrdir. Snayderin nə etmək istədiyini anlamıram. Axı həqiqəti görmək lazımdır",-deyib.
Qeyd edək ki, Joze Moruniyo qış transferi pəncərəsində "Roma" ilə yolları ayırmışdı.