Joze Mourinyo "Bavariya"nı çalışdıra bilər

Joze Mourinyo yeni mövsümdən etibarən "Bavariya"nı çalışdıra bilər. 

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, Almaniya klubunun rəsmiləri portuqaliyalı mütəxəssis ilə danışıqlara başlayıblar. 

Joze Mourinyo da "Bavariya" klubunu böyük məmnuniyyətlə çalışdırmaq istədiyini Almaniya Bundesliqasında qalib gəlmək üçün əlindən gələni edəcəyini deyib. 

Qeyd edək ki, Səudiyyə Ərəbistanı klubları 61 yaşlı çalışdırıcı üçün təklif göndərsələr də Joze Mourinyo qəbul etməyib.