Joze Mourinyo çalışdığı ən yaxşı futbolçuları açıqlayıb

Portuqaliyalı baş məşqçi indiyədək çalışdığı ən yaxşı futbolçuları açıqlayıb.

Sportline.az xəbər verir ki, 61 yaşlı mütəxəssis işləməkdən zövq aldığı oyunçular haqqında açıqlama verib.
Mourinyo "Mançester Yunayted"in əfsənəsi Rio Ferdinandın aparıcı olduğu “VİBE with FIVE” proqramında həmin oyunçuların adlarına aydınlıq gətirib.

Baş məşqçi Rafael Varan, Con Terri,Xavier Zanetti,Jorje Kosta,Kriştianu Ronaldu,Kərim Benzema və Zlatan İbrahimoviçin ən yaxşı futbolçular olduğunu deyib.

Qeyd edək ki, Joze Mourinyo karyerası ərzində "Çelsi","İnter!", "Porto", "Roma", "Mançester Yunayted" və "Real Madrid" klublarını çalışdırıb.