Juninyonun son durumu

"Qarabağ" bu gün Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununa çıxacaq.

Sportline.az xəbər verir ki, "Bayer"lə Bakıdakı görüşün (2-2) qəhrəmanlarından olan Juninyonun bugünkü qarşılaşmada iştirakı tam dəqiqləşməyib.

İlk oyunun sonlarında əzələsi zədələnən hücumçunun meydana çıxacağı hələ də sual altındadır. 

Bu haqda Sportline.az-a açıqlamasında klubun mətbuat katibi Anar Hacı məlumat verib. 

Onun sözlərinə görə, dünən komandanın məşqinə çıxan futbolçu məşqçilərin sərəncamında olsa da, oyunda iştirakı hələ bilinmir. 

Bu məsələyə oyuna daha az vaxt qalmış aydınlıq gətiriləcək.

Qeyd edək ki, "Bayer - "Qarabağ" görüşünün start fiti Bakı vaxtı ilə 00:00-da səslənəcək.