Kanizaresdən Kurtua açıqlaması

“Real Madrid” və “Valensiya”nın sabiq qapıçısı Santyaqo Kanisares "Real"ın qapıçısı Tibo Kurtua barədə danışıb.

Sportline.az “MadridZone” saytına istinadən xəbər verir ki, Kanisares Kurtua haqqında bu fikirləri səsləndirib: “Tibo Kurtua qapıçı mövqeyinin Maradona, Messi və Kriştianosudur. Digər qapıçılardan çox güclüdü və hər matç möhtəşəm oyun sərgiləyir. Bu artıq onun üçün normal hal alıb. Gördüyüm ən yaxşı qapıçı odur”.

Qeyd edək ki, Tibo Kurtua 2018-ci ildən “Real”ın şərəfini qoruyur.