Kapitan müəyyənləşdi

Bu gecə milli komandamız DÇ-2018-in təsnifat mərhələsi çərçivəsində növbəti görüşünə çıxacaq. SportLine.az xəbər verir ki, Çexiya ilə qarşılaşacaq seçməmiz meydana itki ilə çıxacaq. Kapitan Rəşad Sadıqovun oyunöncəsi məşq zamanı zədəsi ağırlaşdığı üçün, o, vacib oyunu buraxacaq. 

Artıq onun yoxluğunda kimin kapitanlıq sarğısımı daşıyacağı da müəyyənləşib. AFFA rəsmi Facebook səhifəsində Rahid Əmirquliyevin meydana kapitan kimi çıxacağını bildirib.

Xatırladaq ki, Çexiya - Azərbaycan görüşünün start fiti Bakı vaxtı ilə saat 22:45-də səslənəcək.