Karateçilərimiz medal görüşünə çıxacaqlar

Azərbaycanın üç karateçisi İndoneziyanın paytaxtı Cakartada keçirilən Karate 1 Seriya A turnirində bürünc medal uğrunda həlledici görüşə çıxacaq.

Sportline.az xəbər verir ki, 55 kiloqram çəki dərəcəsində mübarizə aparan Mədinə Sadiqova Yaponiya idmançısı ilə, Renata Ərəbli (61 kq) taypeyli karateçi ilə üz-üzə gələcək. 

84 kq çəki dərəcəsində yarışan Ayxan Mamayevin isə bürünc medal uğrunda görüşdə rəqibi İran idmançısı olacaq.