Karateçilərimizdən 7 medal
Azərbaycan karateçiləri Rusiyanın paytaxtı Moskvada keçirilmiş beynəlxalq turnirdə yeddi medal qazanıblar.
Federasiyadan Sportline.az-a verilən məlumata görə, Asiman Qurbanlı və Mədinə Sadıqova fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Finalda uduzan Rafiz Həsənov gümüş mükafatla kifayətlənib.
Roman Heydərov (kata), Hüseyn Məmmədli, Nuran Rza-Zadə və Abbas Dadaşov isə üçüncü yeri tutublar.
Qeyd edək ki, turnirdə 27 ölkədən 331 idmançı iştirak edib. Onların arasında Avropa və dünya çempionatının mükafatçıları, Olimpiya çempionları da olub.