Karlo Ançelotti gənc futbolçu haqqında danışıb
"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti gənc ulduz haqqında maraqlı fikir səsləndirib.
Sportline.az xəbər verir ki, italiyalı mütəxəsis Arda Gülər haqqında açıqlamsaında :"Anlayıram hər kəs Ardaın meydanda olmasını istəyir. Amma, gəncdir hələ öyrənməli olduğu çox şey var. "Fənərbağça"da uğurlu çıxış edirdi, çünkü Türkiyə Super Liqasında idi. Bura La Liqadır, "Barselona" və s, komandalarla oynamaq asan deyil. Fiziki olaraq tam hazır olmalıdır. Normalda Modriçlə əvəz etməli idim, sonra fikrimdən daşındım. Arda Gülər də bunu yaxşı anlayır",-deyib.
Qeyd edək ki, Karlo Ançelotti Arda Gülərin artıq ilk 11-də meydana çıxa biləcəyini də vurğulayıb.