Karlo Ançelotti həbs oluna bilər
"Real Madrid" klubunun təcrübəli çalışdırıcısı Karlo Ançelotti həbs oluna bilər.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, italiyalı mütəxəsis vergigən yayınıb və ödəməli olduğu 1 milyon avronu verməyib. Madrid prakrorluğu isə Karlo Ançelottinin həbs cəzasını tələb edib.
Təcrübəli çalışdırıcı isə məsələ ilə bağlı açıqlamasında :" Mənim günhamı yoxdur. Bu mələsə 8 il öncə olub. Madrid prakrorluğu orada yaşadığımı düşünür amma elə deyil. Məbləği isə ödəmişəm. Hakimin nə qərar verəcəyini isə gözləyək və görək",-deyib.
Qeyd edək ki, Madrid prakrorluğu məhkəmədən Karlo Ançelottinin 4 il 9 ay azadlıqdan məhrum olunması ilə bağlı tələb məktubu göndərib.