Karpin "Beşiktaş" mövzusuna aydınlıq gətirib
Son günlər Rusiya millisi və "Rostov" klubunun baş məşqçisi Valeri Karpinin adı "Beşiktaş"la yanaşı hallanırdı.
Sportline.az xəbər verir ki, rusiyalı mütəxəssis mövzuya aydınlıq gətirib.
Onun suala cavabı qısa və konkret olub.
"Beşiktaş" mənə müraciət etməyib", - deyə Karpin championat.com-un sualını cavablandırıb.
Qeyd edək ki, "Beşiktaş"ın Karpinlə yanaşı Nuri Şahin və Mark van Bommellə də ciddi maraqlandığı bilirilirdi.