Karraqer "Liverpul" - "Siti" matçı barədə: "Çətin olacaq"

Keçmiş "Liverpul"lu Ceymi Karraqer qarşıdakı oyunla bağlı fikirlərini bölüşüb.

Sportline.az xəbər verir ki, əfsanəvi futbolçu Premyer Liqanın13-cü turunda keçiriləcək "Liverpul" - "Mançester Siti" oyunu ilə bağlı gözləntilərini bildirib.

“Çətin olacaq. "Liverpul"un əldə edə biləcəyi ən yaxşı nəticə heç-heçədir. "Liverpul"da dünyanın ən yaxşı qapıçısı var və ona mütləq orada ehtiyacları olacaq. “Liverpul”da hələ də yüksək səviyyəli yarımmüdafiəçi yoxdur, ona görə də çətin olacaq”, - deyə Karraqer "The Daily Mirror"a bildirib.