"Karvan-Yevlax"ın yeni baş məşqçisi müəyyənləşib

2026/27 mövsümündə Azərbaycan 1-ci liqasında mübarizə aparacaq "Karvan-Yevlax"ın yeni baş məşqçisi müəyyənləşib.

Sportline.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Komanda Ramiz Məmmədova həvalə olunub. 57 yaşlı mütəxəssisin son klubu "Mingəçevir" olub.

Qeyd edək ki, Ramiz Məmmədov daha əvvəl "Şamaxı", "Qəbələ" və "Atrau" (Qazaxıstan) komandalarını da çalışdırıb.

Banner