Karvaxal istəyini açıqladı

"Real"ın futbolçusu Dani Karvaxal gələcək karyeası ilə bağlı məsələyə münasibət bildirib.

Sportline.az xəbər verir ki, təcrübəli müdafiəçi Kral klubuna olan sadiqliyini bir daha təsdiqləyib.

"Real"dan başqa Avropanın digər klubunda çıxış etmərəm. Razılıq əldə olunsa yeni müqaviləyə imza atmağa hazıram. Bu, mənim yeganə istəyimdir", - deyə Karvaxal "Marca"ya açıqlamasında bildirib.

Qeyd edək ki, 32 yaşlı ispaniyalı 2013-cü ildən "Real"ın formasını geyinir.

Onun klubla 2025-ci ilin yayınadək müqaviləsi var.