Karvaxal Vinisiusun cavabını verdi

İspaniya millisinin üzvü Daniel Karvaxal "Real"dakı komanda yoldaşı Vinisius Juniorun qalmaqallı açıqlaması ilə bağlı fikrini bildirib.

Sportline.az xəbər verir ki, təcrübəli müdafiəçi Vinisiusun İspaniyanın 2030-cu il dünya çempionatının ev sahibliyindən məhrum edilməlidir ifadəsinə "Marca"da belə münasibət sərgiləyib: "Biz istənilən irqçi əmələ qarşıyıq. Vinisiusun nədən əziyyət çəkdiyini də yaxşı bilirəm. Biz onu bacardığımız qədər müdafiə edirik. Bu məsələ ilə bağlı ciddi addımlar atılmaqdadır. Bir qrup adama görə bütün ölkəni ittiham etmək düzgün deyil. İspaniya kifayət qədər fərqli mədəniyyətlərə malik cəmiyyəti olan ölkədir. Biz irqçi deyilik".

Qeyd edək ki, tez-tez irqçi əməllərlə üzləşən Vinisius İspaniyanın 2030-cu il dünya çempionatının təşkilatçılığına layiq olmadığını açıqlamışdı.